Rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi qanlı terror cinayəti nəticəsində həlak olan şəhidlərimizin qisasını alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri döyüş meydanında məhv edilib.