Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) könüllüsü Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset raketləri ilə atəşə tutması nəticəsində həlak olub. O, Bərdə şəhərində humanitar dəstək verərkən qətlə yetirilib.
Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.