Azərbaycan XİN Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı bəyanat yayıb

  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən noyabrın 9-da saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub. Elitinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir: -helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan […]

Continue reading

Şuşa zəfərindən dərhal sonra Müzəffər Ali Baş Komandandan yeni böyük müjdə: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik azad olundu

  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa zəfərindən dərhal sonra xalqımıza yeni böyük müjdə verdi. Belə ki, noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub. Elitinfo.az xəbər verir ki, dövlətimizin başçısı rəsmi “Twitter” hesabında Azərbaycan Ordusunun Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, […]

Continue reading

Rəcəb Tayyib Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb

  Bir millət, iki dövlət olduğumuz Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik və qalmadıq. Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb. Qarabağdakı işğal bitənə qədər mübarizə bayrağı enməyəcək. Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 12-ci səfirlər konfransındakı çıxışında ifadə edib. Azərbaycanın apardığı mübarizədə haqlı olduğunu, 28 ildir qaçqın […]

Continue reading

Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb VİDEO

  9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib. Elitinfo.az xəbər verir ki, aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə […]

Continue reading

İordaniyada Azərbaycan bayrağı “göz oxşayıb”

  İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı “göz oxşayıb”. Diasporla İş üzrə Dövlət Komitəsindən Elitinfo.az-a bildirilib ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Continue reading

Prezident İlham Əliyev: Mən hər gün minlərlə məktub alıram, o məktubların heç birində “Dayanın” sözünü görməmişəm

Bizim hərbi itkilərimiz çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “BBC News”a müsahibəsində Azərbaycanın hərbi itkiləri və dronların rolu ilə bağlı suala cavabında bildirib. Azərbaycanın itkilərinin Ermənistanla müqayisədə xeyli az olduğunu […]

Continue reading

Azərbaycan Prezidenti: Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur

Xankəndi şəhəri hərbi obyektlərlə dolu idi. Şuşa şəhəri hərbi obyektlərlə doludur. Biz onlardan fərqli olaraq mülki şəxslərə hücum etmirik. Onlar qəsdən mülki yaşayış yerlərini dağıdırlar, ballistik raketlərlə Gəncəyə hücum etdilər. Elitinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “BBC News”a müsahibəsində Qərb mediasının münaqişə ilə bağlı mövqeyini şərh edərkən bildirib. Dövlətimizin başçısı deyib: “Biz […]

Continue reading

Prezidentin köməkçisi: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi ekoloji terror təsbit edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terroru və fəlakəti təsbit edib. Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında bildirib. Prezidentin köməkçisi qeyd edib ki, min illik Çinar ağacı da daxil olmaqla çinar və […]

Continue reading

Türkiyə MN Azərbaycanı təbrik edib: “Sizinlə qürur duyuruq”

“Qəhrəman və nəcib Azərbaycan türkü qardaşlarımız! Bayraq Gününüz mübarək olsun!” Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində yazılıb. “Sizinlə qürur duyuruq və Ermənistan qarşısındakı zəfərinizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət – iki dövlətik!”, – qeyd olunub.

Continue reading