Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın azad olunmuş torpaqlarında işğal illərində Ermənistanın törətdiyi kütləvi ekoloji terroru və fəlakəti təsbit edib.
Elitinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, min illik Çinar ağacı da daxil olmaqla çinar və şam ağacı meşələri qırılıb. Vəhşi heyvanlara da mərhəmət göstərməyiblər.