İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı “göz oxşayıb”.

Diasporla İş üzrə Dövlət Komitəsindən Elitinfo.az-a bildirilib ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.