Rusiya XİN: Qarabağda müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin təsdiqlədiyi xəttin düzgünlüyünün sübutudur

  Qarabağda müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin təsdiqlədiyi xəttin düzgünlüyünün sübutudur. Elitinfo.az xəbər verir ki, bu barədə Moskvada brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətə cəlb olunmuş tərəfləri bu regionda humanitar dosyeni siyasiləşdirməməyə çağırıb. RF XİN-in rəsmi nümayəndəsi ümidvar olduğunu bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistan ilə, […]

Continue reading

Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib

  Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib. Elitinfo.az həmin bəyanatı təqdim edir. Yeni Azərbaycan Partiyası olaraq, Fransa Senatında noyabrın 25-də “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul olunmasını qətiyyətlə pisləyirik. Avropa demokratiyasının aparıcı dövlətlərindən sayılan Fransanın qanunverici orqanı tərəfindən belə addımın atılmasını suveren Azərbaycan dövlətinə qarşı qeyri-dost münasibət, onun daxili işlərinə […]

Continue reading

Türkiyənin Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərinə dair xüsusi hesabat hazırlayıb

  Türkiyə Respublikasının Ombudsman təsisatı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri ilə bağlı xüsusi hesabat hazırlayıb. Elitinfo.az xəbər verir ki, “Ermənistan-Azərbaycan müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən insan haqlarının pozulması ilə bağlı hesabat” adı ilə təqdim olunan sənəd təcavüzkar Ermənistanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanda dinc əhaliyə, yaşayış məskənlərinə və mülki infrastruktura qarşı […]

Continue reading

Azərbaycanın və İtaliyanın xarici işlər nazirlərinin telefon danışığı olub

  Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Elitinfo.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar […]

Continue reading

Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib

  Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkədə mədəniyyət, incəsənət və multikultural tədbirlərinin təşkili sahəsində aparıcı qurumlardan olan Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Əl-Suleyti ilə görüşüb. Azərbaycanın Qətərdəki səfirliyindən Elitinfo.az-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Səfir R.İsmayılov xalqımızın qədim, zəngin mədəniyyəti və incəsənəti […]

Continue reading

Səfir Hulusi Kılıç: Fransa Senatının qərarının hüquqi əsası yoxdur VİDEO

  Azərbaycan dövlət müstəqilliyini elan edəndə – 1991-ci ildə onun ərazisi Dağlıq Qarabağ da daxil olmaqla, ətrafdakı yeddi rayonla birlikdə tanınıb. Ermənistan bu torpaqların 20 faizini sonrakı illərdə işğal edib. Bütün bunlar beynəlxalq hüquqi sənədlərdə əksini tapıb. Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Elitinfo.az-a müsahibəsində Fransa parlamentinin yuxarı palatası olan Senatın məlum qərarını şərh […]

Continue reading

Sahibə Qafarova: Fransa Senatının qərəzli qətnaməni qəbul etməsi Azərbaycanın Qələbəsinə kölgə salmaq məqsədi daşıyır

  Noyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağdakı qondarma rejimin tanınması ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti kobud şəkildə təhrif olunub. Bu qərəzli qətnamənin qəbulu Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəyə kölgə salmaq məqsədi daşıyır. Elitinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib. […]

Continue reading

Türkiyə XİN: Fransa Senatının Azərbaycana öz torpaqlarından çəkilmək çağırışı etməsi gülüncdür

  Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn, qanunun və ədalətin əsas prinsiplərinə hörmətsizliyin bariz nümunəsidir. Qətnamədə Türkiyəyə qarşı irəli sürülən əsassız iddiaları kəskin şəkildə rədd edirik. Fransa Senatının qətnaməsi bu ölkənin də həmsədr olduğu ATƏT-in Minsk qrupunun niyə bu günə qədər münaqişəni çözmədiyini və tərəfkeşlik etdiyini də açıq şəkildə göstərir. Elitinfo.az xəbər […]

Continue reading

Milli Məclisin növbəti plenar iclası keçirilir

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilir. Elitinfo.az xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İclasda müzakirə olunan ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqındadır. Sonra deputatlar “Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi […]

Continue reading

Rusiya Müdafiə Nazirliyi: Kəlbəcər rayonunun Azərbaycana qaytarılması prosesi başlayıb

  Rusiya sülhməramlıları Kəlbəcər rayonunun Azərbaycana qaytarılması prosesinə nəzarət edirlər. Elitinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. O qeyd edib ki, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatına müvafiq olaraq, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında noyabrın 25-i saat 00.00-dan Kəlbəcərin Azərbaycana qaytarılması […]

Continue reading