Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov bu ölkədə mədəniyyət, incəsənət və multikultural tədbirlərinin təşkili sahəsində aparıcı qurumlardan olan Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Əl-Suleyti ilə görüşüb.

Azərbaycanın Qətərdəki səfirliyindən Elitinfo.az-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib. Səfir R.İsmayılov xalqımızın qədim, zəngin mədəniyyəti və incəsənəti barədə həmsöhbətini məlumatlandırıb.

Katara mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında məlumat verən Xalid Əl-Suleyti Azərbaycanın öz suverenliyinin və ərazi bütövlüyünü müdafiəsi uğrunda apardığı müharibədə qazandığı tarixi Qələbə münasibətilə təbriklərini çatdırıb.