Rusiya sülhməramlıları Kəlbəcər rayonunun Azərbaycana qaytarılması prosesinə nəzarət edirlər.

Elitinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatına müvafiq olaraq, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında noyabrın 25-i saat 00.00-dan Kəlbəcərin Azərbaycana qaytarılması prosesinə başlanılıb.