Cari ilin aprel ayında Gürcüstanda gündəlik istehlak məhsullarının qiymətləri aylıq müqayisədə 0,9 faiz artıb.

Elitinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında məlumat verilir.

Bildirilir ki, aprel ayında meyvənin qiyməti 45 faiz, süd məhsullarının qiyməti 23 faiz, çörək məhsulları 8,4 faiz, balıq 14 faiz, bitki yağları 11 faiz, alkoqolsuz içkilərin (qablaşdırılmış bulaq suyu, mineral sular və təbii şirələr) 11 faiz artıb. Yumurtanın qiymətində isə 0,3 faiz azalma olub.

İllik inflyasiya isə 6,9 faiz təşkil edib.

İllik inflyasiya ilə müqayisədə ərzaq məhsulları və alkoqolsuz içkilər 16,1 faiz bahalaşıb. Bu da ümumi illik inflyasiya səviyyəsinin 5,04 faizini təşkil edib.

Aprel ayında ölkədə səhiyyə xərclərində 4,9 faiz artım qeydə alınıb