“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İB Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
Elitinfo.az -a bu barədə İctimai Birliyin sədri Zaur Quliyev açıqlamasında bildirib. “Koronavirusla mübarizə ilə hər birimiz vətəndaş məsuliyyətimizi dərk etməli, bu ümümbəşəri pandemiya ilə mübarəzəyə dəstək olmaq məqsədilə, cənab Prezidentin çağırışna səs verərək, yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdük. Bundan əlavə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına qoşularaq, bu istiqamətdə Beyləqan rayonunda monitorinq və maarifləndirmə işlərini həyata keçiririrk.
Eyni zamanda QHT sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdiyi layihə üzrə 2020-ci il qrant müsabiqəsində fərqli mövzu üzrə qalib elan olunmasına baxmayaraq layihənin mövzu və məqsədini dəyişərək “COVİD 19” Koronavirusla ilə mübarizə istiqaməti üzrə fəaliyyət göstərmək niyyətindədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə “COVİD 19” koronavirusunun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün bəzi layihələrin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.