“Əgər riyazi düşünsək, qaydalara əməl etsək, iki həftədən sonra Azərbaycanda vəziyyət müsbətə dəyişə bilər”.
Elitinfo az-ın məlumatına görə, bunu mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkədə xüsusi karantin qəbul olunandan sonra son 3 gün ərzindəki olan vəziyyət göstərir ki, vətəndaşlar qaydalara əməl etmir:
“Buna görə də vəziyyət yaxşılğa doğru dəyişmir”.
İ. Məmmədov həmçinin bildirib ki, vətəndaşlara dəymiş ziyanın yüngülləşdirilməsi üçün yaxın günlərdə qərar qəbul olunacaq:
“Aztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər. Bundan başqa sahibkarlara dəymiş ziyan da yüngülləşdirilə bilər. Amma hələ ki bu yardımın məbləği müəyyən edilməyib”.