• Ana Səhifə
  • Siyasət
  • İqtisadiyyat
  • Ölkə
  • Cəmiyyət
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Haqqımızda
    • Reklam
    • Bizimlə əlaqə
Xırdalan şəhərində avtomobil yolları əsaslı təmir olunur

01 Aprel 2020 | 7780 dəfə oxundu


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yolları, küçə və prospektlərin təmiri və yenidən qurulması istiqamətində işlərini davam etdirir.Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təmir-tikinti işləri uğurla icra olunur.Hazırda  Xırdalan şəhərinin ümumi uzunluğu 5,4 kilometr olan Nizami Gəncəvi, Qalubiyyə, Hacı Zeynalabdin Tağıyev və Səttar Bəhlulzadə küçələrinin təmiri nəzərdə tutulurdu ki, artıq Qalubiyyə küçəsində işlər yekunlaşdırılıb, Nizami Gəncəvi küçəsində isə yekunlaşmaq üzrədir.

Aparılan kompleks tədbirlər çərçivəsində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir olunan Qalubiyyə küçəsinin uzunluğu 1.1 km, ortalama eni 10 m-dir. Təmiri yekunlaşmaq üzrə olan Nizami Gəncəvi küçəsinin uzunluğu 1.6 km, ortalama eni isə 12 m təşkil edir. Bu küçələr üzrə ümumi asfaltlanan ərazinin sahəsi 12.5 min kv.m təşkil edir.

Ölkə başçısının sərəncamına əsasən, növbəti mərhələdə 1.5 km uzunluğa malik Hacı Zeynalabdin Tağıyev və 1.2 km uzunluğa malik Səttar Bəhlulzadə küçələrinin əsaslı təmiri nəzərdə tutulub. Bu küçələr üzrə asfaltlanacaq sahə 22.5 min kv.m-dir.  Hazırda Xırdalan şəhərinin əsas nəqliyyat arteriyası hesab olunan Heydər Əliyev prospektində isə yenidənqurma işlər davam etdirilir. Prospektin uzunluğu 5100 metrdir ki, bunun da 2700 metri 4 hərəkət zolaqlıdır. Əsaslı təmir işləri çərçivəsində prospekt boyu köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, zərui olan yerlərdə yol əsasının yararsızq qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib. Bundan başqa mümkün ərazilərdə yolun hər iki tərəfi 2 m olmaqla genişləndirilib.

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, asfaltlanması işlərinə başlanılıb. Artıq prospektin 2.5 km-lik hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşdırılıb. Mövcud piyada səkilərinin yenidən qurulması, zəruri olan yerlərdə yeni piyada səkilərinin tikintisi, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri də layihə üzrə həyata keçirilən işlərdəndir. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının baxış qapaqları layihə hündürlüyünəı qaldırılaraq yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkil üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Cavabı ləğv etmək üçün tıklayın.

◂ MİLLİ MƏCLİSİN ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN ONLAYN İCLASI KEÇİRİLMİŞDİR
Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsiat köçürən şirkətlər daha az vergi ödəyəcək ▸
Tweet
  • Siyasət

    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
  • Mədəniyyət

    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
  • Xəbər lenti

    • Ramazanın 8-ci gününün duası – İftar və imsak vaxtları
      25 Fevral 2026 23:44
    • Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
      25 Fevral 2026 23:39
    • Auditorlar Palatasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
      25 Fevral 2026 22:50
    • “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimi keçirilib
      25 Fevral 2026 22:43
    • Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
      25 Fevral 2026 22:18
    • Hakan Baltanın oğlu “Fənərbağça”ya keçib
      25 Fevral 2026 21:38
    • Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
      25 Fevral 2026 21:31
    • Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
      25 Fevral 2026 21:23
    • AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq görüşü keçirilib
      25 Fevral 2026 21:19
    • Zəngilan rayonunun Ağalı kəndi daha 58 sakinini qoynuna alıb
      25 İyul 2022 21:09
    • İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının Direktorlar Şurasının 34-cü iclası Azərbaycanda keçiriləcək
      18 İyul 2022 15:13
    • Azərbaycan və Almaniya alüminium istehsalı üzrə birgə müəssisə yaradır
      18 İyul 2022 15:02
    • Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
      18 İyul 2022 15:00
    • Prezident İlham Əliyev sərəncam imzaladı
      18 İyul 2022 14:58
    • “Veysəloğlu Distribusiya” şirkətinə yeni rəhbər təyin edilib
      18 İyul 2022 14:05
    • Türkiyənin ailə və sosial xidmətlər naziri Azərbaycana səfər edəcək
      18 İyul 2022 13:52
    • Nazirlik: 7 saylı “ASAN xidmət” mərkəzində də təhsil xidmətləri göstəriləcək
      06 İyun 2022 11:43
    • Ağalı kəndi  yüksək  təfəkkürün  ideyası
      02 İyun 2022 09:03
    • Prezident İlham Əliyev: Azərbaycan sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır
      02 İyun 2022 08:47
    • Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib
      02 İyun 2022 08:45
    • Saytın əvvəlki versiyası

      Daxil ol
    © 2015
    Elitinfo.az Elit İnformasiya Agentliyi