Elitinfo.az\  Martın 31-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib. İclası komitə sədri Musa Quliyev aparıb.

Tədbirə komitənin deputatları ilə yanaşı Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin  əməkdaşları da onlayn qoşulublar.

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə  qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər  Milli Məclisin plenar iclasına tövsiyə olunub.