Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş “exit-pollar”ın nəticələri açıqlanıb.Elitinfo.az -ın xəbərinə görə, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş “exit-poll”un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.
“Exit-poll”a əsasən, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd Salome Zurabişvilinin hər biri 40% səs toplayıb. Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradzenin topladığı səs isə 10% təşkil edib.
“Exit-poll”u “Edison Research” təşkilatı keçirib və nəticələr saat 16:00-a aiddir.
Hakim Gürcü Arzusu Partiyasının keçirdiyi “exit-poll”un nəticələrinə görə isə S.Zurabişvili 52,3%, Q.Vaşadze 28,1%, D.Bakradze isə 9,2% səs toplayıb.
Partiyanın sifariş etdiyi “exit-poll”u “Psycho-Project” təşkilatı həyata keçirib.
Bir az əvvəl Gürcüstanda prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.