İrlandiyanın hazırkı prezidenti Maykl Hiqqins cümə günü baş tutan ümumi səsvermə nəticəsində ikinci yeddi illik müddətə yenidən seçilib.

Elitinfo.az -ın məlumatına görə, seçkilərdə iştirak edən irlandiyalıların 56 faizi ona səs verib.

Hiqqinslə yanaşı prezident kürsüsü uğrunda 5 namizəd mübarizə aparıb. Seçicilərin seçkidə iştirakı 43 faiz təşkil edib.