Elitinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı əlaqələrin daha da genişlənməsinə və Humanitar Forum çərçivəsində müzakirə olunacaq məsələlərin sanki bünövrəsini qoymağa kömək edəcək. Konfransda nüfuzlu qonaqlar iştirak edir. Çox zəngin mədəni proqram hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizə kitabxanaçılardan ibarət böyük nümayəndə heyəti təşrif buyurub və kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur. Bu cür tədbirlər ölkələr arasında mədəni dialoqun göstəricisidir.