Birlikdən Elitinfo-a bildirilib ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev kollektivi bu münasibətlə təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edilib ki, bu il Azərbaycan neftçiləri üçün ikiqat bayramdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından da 25 il ötür. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” yeni inkişaf mərhələsinə qədəm qoyub. Neft sənayesinin inkişafına, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsinə xidmət edən yeni müqavilələr reallaşdırılır.

Daha sonra “Neftçilər günü” münasibətilə “Azəriqaz” İB-nin bir qrup əməkdaşı səmərəli və nümunəvi əmək fəaliyyətinə, Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə fəxri fərmanla təltif olunub.