Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 24 aprel 2019-cu il tarixində Tərtər rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Tərtər rayon İdman və Gənclər mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayonlarından olan 63 vətəndaşın müraciət və şikayətlərinə baxılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Goranboy rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və Goranbor RİH-nin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Goranboy rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Goranboy rayonundan olan 18 vətəndaşın müraciətinə baxılıb.

Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Tərtər rayonunda keçirilən görüş zamanı bəzi vətəndaşlar öz təəsüratlarını bizimlə bölüşdülər.

Buruc kənd sakini Asif Alıkişiyev:- Mən özüm müəllim işləyirəm.   Biz  sədrdən xahiş etdik ki,  şagirdlərin və müəllimlərin rahat gedib –gəlmələri  üçün kəndimizdə məktəbə  gedən yola asvalt  çəkilsin və  səkilər olsun.  Saleh müəllim  çox səmimiyyətlə bizi dinlədi və yerli struktura tapşırıq verdi  ki, günü sabahdan işlərə başlanılsın.  Mən bu görüşdən çox mənmun qaldım. Bu  da bir daha ölkə Prezidentimizin yerlərdə dövlət məmurlarının insanlarla qarşılıqlı təmasda olmalarının və bizlərə göstərdiyi qayğının  nümunəsidir.  Bunun üçün həm dövlət başçımıza, həm də hörmətli  Saleh müəllimə dərin minnətdarlığımızı bildiririk.

Tərtər şəhər sakini Əli Əliyev:  Mən  hörmətli  Prezidentimiz cənab İlham Əliyevə  şəhər sakinlərimiz adından öz minnətdarlığımı bildirirəm ki, yerlərdə  vətəndaşlarla belə qəbullar keçirilir, xalqı dinləyir, diqqət göstərirlər.  O, cümlədən  Saleh Məmmədova da öz minnətdarlığımızı bildirik ki, təkcə qəbul günlərində deyil, bizimlə mütamadi maraqlanır,  digər günlərdə bizi qəbul edir, diqqət götərir. Bu günki qəbulda da küçə  yolumuzun  təmiri ilə bağlı müraciət etdik.  Saleh müəllim növbəti ayda   problemin həll olunacağını bildirdi. Mən çox razı  qaldım.

Mətləb  Əliyev, Qarabağ müharibəsi veteranı:  Mən ilk olaraq Cənab Prezidentimiz  Ilham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, yerlərdə vətəndaşlarlar belə görüşlər keçirilir, və qayğı göstərilir. Bu gün də hörmətli Saleh Məmmədovun qəbulunda oldum. Problemimi dinlədi və yerindəcə həll olunması üçün öz tapşırıqlarını verdi. Düzü əvvəllər mən bir neçə yerə müaciət etsəm də ancaq nəticəsi olmurdu. Sağ olsun, Saleh müəllim, ona öz minnetdarlığımı bildirirəm. Onu da qeyd edim ki, bu gün Ali Baş Komandanımız əmr versə,
iki Müharibə veteranı və şəhid qardaşı kimi Vətənim üçün yenə döyüşməyə hazıram.

 Ardı var