”Diqlas” Ticarət Mərkəzinin sahibləri, görünür, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə barədə təlimatlarına və tələblərinə riayət etməyiblər. Ona görə də belə bir hadisə baş verib. Biz mütəmadi olaraq bu cür böyük obyekt sahiblərindən yanğından mühafizə sistemlərinin təkmilləşdirilməsini tələb edirik və əməkdaşlarımız yoxlamalar aparır”.

Bunu Bakupost.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib. O bildirib ki, “Diqlas” TM-də təhlükəsizlik qaydalarına tam əməl edilməyib.

Mətbuat xidməti rəhbəri onu da deyib ki, yaxın günlərdə ticarət mərkəzinin sökülüb-sökülməyəcəyi barədə də yekun qərar veriləcək: “Müvafiq qurumlar ekspert rəyləri verəcək. Əgər hesab edilsə ki, ticarət mərkəzini təmir etməklə fəaliyyətini davam etdirmək mümkündür, o zaman bu bina sökülməyəcək. Lakin ekspertlərin rəyi binanın təməllərinin sarsıldığı və istifadəyə yararsız vəziyyətdə olduğu barədə olsa, bu zaman, ticarət mərkəzi mütləq sökülməli olacaq”.