Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Macarıstanın paytaxtı Budapeşt şəhərinə səfəri zamanı bəyan edib ki, Rusiya NATO ölkələri arasında təfriqə salmağa can atır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşü zamanı Pompeo «Moskvanın dostları»na xatırladıb ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putini «dayandırmaq» lazımdır.

«Biz, Putinə imkan verə bilmərik ki, NATO üzrə dostlar arasında təfriqəni dərinləşdirsin» – deyə, Pompeo mətbuat konfransında bildirib.

O, həm də Çinin təsirinin güclənməsi barədə xatırladıb və bildirib ki, sonucu da Amerika ideallarını bölüşmür.
Bundan başqa, Pompeo Macarıstanı Ukraynaya dəstək verməyə çağırıb . Bu zaman «Şimal axını-2» boru kəmərinin tikintisini nəzərdə tutub. Bu kəmər Ukraynanı Rusiya qazının tranzitçisi rolundan məhrum edə bilər.
Siyarto bu bəyanatı könülsüz qəbul edib və Qərb liderlərinin Rusiyaya yönəlik tənqidlərini «böyük riyakarlıq» adlandırıb Belə ki, onların əksəriyyəti enegetika sahəsində Moskva ilə əməkdaşlıq edir.