Venesuela lideri Nikolas Maduro hesab edir ki, ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların qoşununu bu ölkəyə yeritməsinə hazır olması barədə bəyanatı dəlilikdir. Venesuela prezidentinin sözlərinə görə, “XXI əsrdə müharibə haqqında danışıqlar dəlilikdir”.
“Bu dəlilikdir, cənab Donald Tramp, düşünmək ki, siz bura qoşunları göndərə bilərsiniz, bu torpağa, hansı ki, özünü müdafiə edəcək”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, beynəlxalq hüquq da belə hərəkətləri qadağan edir. Maduro əlavə edib ki, Amerika prezidentinin bəyanatı “qanunsuz”dur və “cinayətkardır”.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Venesuelaya qoşun yeritmək variantını istisna etmədiyini bildirib.