İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən mehmanxanalardan birində əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Bu barədə Elitinfo.az “İzvestiya.ru”ya istinadən xəbər verir. Məlumata görə, faktla bağlı mehmanxanada qalan cütlük saxlanılıb.
Saxlanılanlar 20 yaşlı kişi və 25 yaşlı qadındır. Onlar daha əvvəl narkotiklərin dövriyyəsi ilə bağlı qanun pozuntusuna görə mühakimə ediliblər.
Saxlanılan qadın iddia edib ki, o, İsveçin böyük mətbu orqanının əməkdaşıdır.
Şübhəli şəxslərin partlayıcı qurğudan hansı məqsədlə istifadə etməyə hazırlaşdıqları hələlik məlum deyil. Onların qaldığı otel otağında həmçinin odlu silah da aşkar edilib.
Daha əvvəl Stokholmda atışma olub.