İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elitinfo.az -ın Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryam-İsmayıllı-Şəki yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Qəbələ sakini idarə etdiyi “Ford” markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Mican kənd sakinləri – 1963-cü il təvəllüdlü Mahmudova Qənirə Afət qızı və 1962-ci il təvəllüdlü Paşayeva Ramilə Dursunəli qızını vurub. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan Q.Mahmudovanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Goranboyda avtomobil piyadanı vurub.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16