Şəmkir rayonunda oğurluq hadisəsi baş verib. Elitinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə fevralın 1-nə keçən gecə Şəmkir şəhər ərazisindəki mağazaların birində qeydə alınıb. Həmin mağazadan 3000 manat və müşahdə kamerasının yaddaş bloku oğurlanıb.

Şəmkir rayon Polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazanı yarmaqda şübhəli bilinən rayonun Düyərli kənd sakini A.Hümbətli saxlanılıb.