Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında Türkiyənin böyük yazıçısı Yahya Akenginin bədii yaradıcılığının 50 illiyi münasibətilə konfrans keçirilib.
Elitinfo.az xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, yazıçı Namik Kamal Zeybək və başqaları böyük yazıçının bədii yaradıcılığının ayrı-ayrı istiqamətlərindən, əsərlərinin türk dünyası ədəbiyyatının inkişafındakı rolundan danışıblar.

Düsen Kaseinov yazıçını TÜRKSOY-un “Çingiz Aytmatov” xatirə medalı ilə təltif edib.

Yahya Akengin göstərilən diqqətə görə təşəkkürünü bildirib, “Bir samovar məhəbbət” kitabını oxucularına təqdim edib.