Fevralın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzinin növbəti qonağı istedadlı musiqiçi və bəstəkar Ramil Babayev olacaq.
“Elitinfo.az” xəbər verir ki, görüşdə Ramil Babayev musiqiyə olan sonsuz sevgisindən, bəstələdiyi əsərlərdən, ifa elədiyi musiqi alətlərinin özəlliklərindən və bu sahədə qazandığı uğurlardan söz açacaq.

Qeyd edək ki, o, müəllifi olduğu musiqi əsərlərini gitara, piano və harmonika kimi musiqi alətlərində ifa edir. R. Babayev O, 2010-cu ildən Azərbaycan və digər ölkələrdə keçirilən musiqili layihələrin iştirakçısıdır.