Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi start götürüb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 7 çəki dərəcəsində 170 yeniyetmə pəhləvan mübarizə aparır.
Yanvarın 23-də günün ikinci yarısında sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, birinciliyə yanvarın 26-da yekun vurulacaq.