“Qacqınkom”un Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsinin bəzi müəssisələri ləğv edilib.“Elitinfo.az” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat idarəsinin tabeliyində olan Mərdəkan Sənaye Kombinatı, Füzuli rayon “Qarabağ” Qaçqın Fermer Təsərrüfatı, Sabirabad rayonu “Araz” İstehsal və Təlim Kombinatı, Zəngilan rayonu “Alıbəyli” və Kənd təsərrüfatı müəssisəsi, və Qubadlı rayonu “Top Çinar” Aqrar Fermer Təsərrüfatı Komitənin 15 yanvar 2019-cu il tarixli 04 nömrəli əmri ilə ləğv edilib və ləğvetmə komissiyası yaradılıb.
Ləğvetmə komissiyası bəyan edib ki, kombinatların sonradan qeydiyyatdan çıxarılmaqla tam ləğvetmə proseduruna başlanıb. Ləğvetmə komissiyası Bakı şəhəri, Tbilisi prospekti, 129 ünvanda fəaliyyət göstərir.
Ləğvedilən kombinatın kreditorlarının nəzərinə çatdırılır ki, kreditor tələblərinə baxılması üçün bu məlumat dərc edilən gündən etibarən 2 təqvim ayı müddətinə yazılı formada ləğvetmə komissiyasına müraciət etsinlər.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16