20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Milli Arxiv İdarəsi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında “Qanlı yanvar…Danışır…arxiv sənədləri…” sərlövhəli virtual sərgi hazırlanıb.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində həyata keçirdikləri qırğınlar və vandalizm aktlarını əks etdirən fotoşəkillərdən bir qismi yer alıb.