Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist, həvəskar rəssam Vəfa Babayevanın rəsm və əl işlərindən ibarət fərdi sərgisi başa çatıb.
“Elitinfo.az” xəbər verir ki, “Həyatın rəngləri” adı ilə təqdim olunan sərgidə rəssamın 50-yə yaxın əsəri nümayiş olunub.
İstanbulda Altunuzadə Mədəniyyət Mərkəzində təşkil olunan sərgi 6 gün davam edib.
Yağlı boya ilə kətan üzərində işlənən rəsm əsərlərində müxtəlif fəsillərdə təbiətin rəng ahəngliyi əks olunub. Rəssamın tabloları, eləcə də taxta üzərində dağlama üsulu və rəngbərəng kağızların yapışdırılması ilə düzəldilən əl işləri də ziyarətçilər tərəfindən maraqla qarşılanıb.