“Science” jurnalı 2018-ci ilin əsas elmi nailiyyətləri və uğursuzluqları barədə məlumat hazırlayıb və dərc edib. “Elitinfo.az” “İzvestiya”ya istinadla xəbər verir ki, redaksiyanın fikrincə, orqanizmlərin hüceyrə səviyyəsində inkişafının izlənməsi metodlarının işlənib hazırlanması 2018-ci ilin əsas elmi nailiyyətləri sırasında birinci yeri tutur. Bu araşdırma keçən il elm aləmində ən mühüm nailiyyət olub. Neandertal-denisov mənşəli qıza məxsus olan sümüklərin aşkar edilməsi, Qrenlandiya ərazisində nəhəng meteorit kraterinin kəşf edilməsi də mühüm elmi hadisələr kimi qeyd edilir.
Ötən ilin əsas uğursuzluqları sırasında, ilk növbədə, çinli bir alimin insan embrionlarının genlərinə düzəliş etmək cəhdləri ilə bağlı təcrübələri qeyd edilir. Qlobal istiləşmənin kəskinləşməsi, habelə Braziliya Milli Muzeyində çoxsaylı qiymətli eksponatların məhv olması ilə nəticələnmiş yanğın da keçən ilin əsas uğursuzluqları sayılır.