Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev “Qədim sivilizasiyalarda su və kəhriz texnologiyaları” mövzusunda beynəlxalq simpoziuma dəvət alıb.
İnstitutdan “Elitinfo.az”-a bildirilib ki, Beynəlxalq Su Resursları Assosiasiyası və İordaniyanın Əmman Universiteti tərəfindən sentyabrın 11-dən 13-dək keçiriləcək simpoziumda bir çox ölkələrdən tarixçilər, arxeoloqlar və tədqiqatçılar iştirak edəcəklər.
Simpozium qədim dövrdən bəri dünyanın su və tullantı problemlərinə, həmçinin sel suları təkamülünə aid mövzulara həsr olunub.
Siyasət
Mədəniyyət
Xəbər lenti



