Azərbaycan ifaçılarının – Aysel və Araş dueti və Ayselin (solo) kompozisiyaları 2018-ci ildə “Eurovision” müsabiqəsi hitlərinə baxışların sayına görə 50 ən populyar mahnı siyahısına daxil edilib.
“Elitinfo.az” xəbər verir ki, mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, Aysel və Araş duetinin “Always” kompozisiyası 50-ci yerdədir.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən duet üçüncü yeri qazanmışdı.
Azərbaycanın digər təmsilçisi, “Eurovision-2018”in iştirakçısı Aysel Məmmədovanın (AISEL) “X My Heart” mahnısı 45-ci yeri tutub.
Qeyd edək ki, 2018-ci ildə “Eurovision”un ən populyar mahnılarının siyahısı müsabiqə təşkilatçılarının rəsmi “YouTube” kanalında hissə-hissə yayımlanır. İndiyədək 41-50-ci yerləri tutan hitlər təqdim edilib.