Noyabrın sonunda “Google Earth” servisinin çəkdiyi peyk fotoşəkillərində Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərinin yaxınlığını əks etdirən görüntülərdə “Ukrayna ilə sərhəddə yüzlərlə rus tankı” qeydə alınıb.
Elitinfo.az xəbər verir ki, hərbi texnika Rusiya-Ukrayna sərhədinin cəmi 18 kilometrliyində yerləşdirilib. Böyük əksəriyyəti T-64 və T-62M olan yüzlərlə tankdan əlavə, şəkillərdə bir neçə min ədəd hərbi yük maşınını da sezmək mümkündür.
Satellite imagery shows hundreds of Russian tanks near the border with
Bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin desant-hücum bölmələri Rusiya ilə sərhədə atılacaqlar.
Xatırladaq ki, ötən ayın sonlarında Poroşenko imzaladığı fərmanla Ukraynanın bir sıra vilayətlərində – ilk növbədə Rusiya və Dnestryanı ilə sərhəd bölgələrində, eyni zamanda Azov-Kerç hövzəsində hərbi vəziyyət tətbiq edib.