Dekabrın 6-da Praqada Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan saxlanılıb.Elitinfo.az xəbər verir kibu barədə “Aykakan Jamanak” qəzeti məlumat yayıb.
O, saxlanılan zaman Qvatemala vətəndaşı Franklin Qonzales olduğunu göstərən saxta pasport təqdim edib. Artıq Çexiya rəsmiləri Ermənistan Baş Prokurorluğuna Sərkisyanın ekstradisiya prosesinin başladılmasıyla bağlı müraciət ediblər.
Qeyd edək ki, Narek Sərkisyan Aleksandr Sərkisyanın oğludur. Ona qarşı 26 iyunda cinayət işi açılıb. O, qanunsuz silah saxlamaqda, daşımaqda, psixotrop maddələrin hazırlanması və qeyri-qanuni dövriyyəsində ittiham olunub. 24 iyulda Narek Sərkisyan beynəlxalq axtarışa verilib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16