Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi xüsusi məlumat yayıb. Həmin məlumatda bildirilir: “Bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində əsassız və yalan məlumatlar yayılıb.
Elitinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bildirir ki, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.
Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”.

Musavat.com bildirir ki, bəzi saytlarda Əbülfəz MƏLİKOVUN Abşeron gömrük postuna rəis təyin olması barədə xəbərlər dərc olunub.