Elitinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Moskvadakı diplomatik qaynaqlara istinadən məlumat yayıb.

“Ermənistan tərəfi Rusiyaya və KTMT-nin digər üzv ölkələrinə müraciət edərək KTMT-nin sammitini bir az gec keçirməyi xahiş edib” – deyə mənbə bildirib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da məsələyə münasibət bildirib.

Ermənistan tərəfinin Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun məhz İrəvanın KTMT sammitini təxirə salmağını xahiş etməsi haqda dediklərini təkzib etməsinə reaksiya verən Zaxarova deyib: “Uşakovun bəyanatını təsdiqləməyə ehtiyac yoxdur. Amma Ermənistanın baş nazirinin mətbuat katibinin bəyanatı həm məzmununa, həm də formasına görə narahatlıq yaradır”.

Qeyd edək ki, Paşinyanın mətbuat katibi Armen Yeqoyan Putinin köməkçisini təkzib edərək KTMT-nin sammitinin İrəvanın xahişi ilə təxirə salınmadığını demişdi. Öz növbəsində bu gün N.Paşinyan da köməkçisinin dediklərini təsdiqləyib. O, Rusiya rəsmisini təkzib etmişdi.

Ermənistandakı seçkilər ərəfəsində Moskva və İrəvan arasında bəyanat döyüşü gedir. Bu isə olduqca maraqlı situasiyadır…