“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” layihəsi uğurla davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” mövzusunda üçaylıq aktual ekoloji layihə 1 fevraldan etibarən uğurla reallaşdırılır.

Layihə çərçivəsində növbəti tədbir aprelin 16-da ekoloji İctimai müzakirə formasında təşkil olunmuşdu. İctimaiyyətin nümayəndələri, ekoloq-mütəxəssislər, QHT sədrləri, ictimai fəallar və təşkilatın üzvlərinin iştirakı ilə keçirilən tədbiri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova açdı.

Çıxışçı bildirdi ki, layihə çərçivəsində paytaxt sakinləri arasında ətraf mühitin mühafizəsi məsələləri mövzusunda ekoloji monitorinq, təbliğat və sorğuları kimi formalarda apardığı maarifləndirmə fəaliyyətləri genişləndirilir. Təşkilat həllinə çalışdığı yaıllaşdırma məsəllərinin aktuallığına geniş kütlələrin ictimai müzakirəsinə çıxarmağı, paytaxt sakinlərinin diqqətini cəlb etməyə çalışıb, bu yöndə müəyyən uğurlu nəticələr əldə edib.

5-7 mart tarixlərində Bakının seçmə 4 bölgəsində – Səbail, Binəqədi, Abşeron və Balaxanı zonalarında ekoloji monitorinq aparılıb, foto-video çəkilişlərlə əhali arasında sorğular keçirib, maarifləndirici işlər görülüb.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədrinin iştirakı ilə iki İnternet TV verilişi bu mövzuya həsr olunub.

Layihəyə cəlb edilmiş gənc əməkdaşlar, eləcə də layihə çərçivəsində formalaşdırılan “Gənc eko-aktivistlər” qrupu görüşdükləri vətəndaşlara yaşıllıqların qorunması, ətraf mühitin təmizliyi uğrunda ictimai fəallığın vacibliyi, ağac əkilməsi və onlara qulluğun, mühafizəsi məsələləri barədə geniş məlumatlar veriblər.

Onlar bildiriblər ki, eko-layihədə yaşıllaşdırma ilə bağlı monitorinq aparmaq və bunun ətraflı şəkildə hesabatı da nəzərdə tutulub. Bakı şəhərinin böyük rayonlarında bu istiqamətdə yoxlamalar və ictimai-ekoloji baxışlar həyata keçirilmiş, respublikamızın müxtəlif bölgələrində yaşılaşdırma ilə bağlı mini-sorğu aparılmışdır. Əldə edilən nəticələrdən irəli gələn təcrübəyə əsaslanaraq Bakı şəhərində yaşıllaşdırma ilə bağlı monitorinqlər və sorğuların davamının keçirilməsi əsas prioritet məsələ kimi götürülüb.

Daha sonra ictimai müzakirədə çıxış edənlərdən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, YYSİB sədri Aydın Xan Əbilov, layihə eksperti, ekoloq Azad Əliyev, ictimai fəallar və QHT sədrlərindən Tahirə Məmmədova, Gülayə Rzayeva, Dünyaxanım Əliyeva, Zülfiyyə Nuriyeva, Gülzar Rəhimova söz alaraq çıxış etdilər. Çıxışçılar vurğuladılar ki, son illər respublikamızda yaşıllaşdırma işinin aparılması dövlət siyasətinin bir hissəsini təşkil edir. Hər il ölkəmizdə yaşıllaşdırma ilə bağlı böyük aksiyalar keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın dəfələrlə bu aksiyalarda iştirak etdiklərinin və ağac əkdiklərinin xüsusi vurğulayan ictimai müzakirə iştirakçıları bu ekoloji dəstəyi alqışladılar. O da xüsusi vurğulandı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da Bakı şəhərində aparılan yaşıllaşdırma işlərinə böyük töhfələr vermişdir. Onun təşəbbüsü ilə ölkəmizin paytaxtında neçə-neçə yeni park salınmışdır.

Dövlət səviyyəsində aparılan yaşıllaşdırma işləri təkcə yeni parkların salınması və ətrafın yaşıllaşdırılması ilə bitmir.

Natıqlər onu da bildirdilər ki, yaşıllaşdırma ilə bağlı Bakı şəhərində görülən işlərin hesabatının hazırlanması vacib məsələlərdəndir. Buna nail olmaq üçün bəzi proqramların həyata keçirilməsi vacibdir: yaşıllaşdırma ilə bağlı monitorinqlər aparılması, əhali arasında ekologiyayla bağlı sorğuların həyata keçirilməsi, təşkilatçılar tərəfindən təkliflər hazırlanaraq əlaqədar qurumların diqqətinə çatdırılması bu işlər sıyahısındadır. Yaşıllaşdırmalarla bağlı əgər nəzərdən qaçan tərəflər varsa, üzə çıxarılmasına, layihənin sonunda hazırlanacaq ictimai-ekoloji hesabatımızda onlar öz əksini tapacaqdır. İctimai müzakirə iştirakşıları problemlərlə bağlı müxtəlif səmərəli təkliflərini səsləndirdilər. Əhalinin problemlərlə bağlı fərqli rəylərinin alınması, yaşıllaşdırma ilə əlaqədar çatışmazlıqların ortaya çıxarılması, onlarla bağlı müvafiq dövlət qurumları qarşısında məsələlərin qaldırılması, gündəmdə olan ekoloji məsələlərin daha da aktuallaşdırılması, monitorinqlərin reallaşdırılması, sorğuların keçirilməsi, maarifləndirici filmlərin, video-çarxın hazırlanması kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda İradə Həsənova onu da xatırlatdı ki, eko-layihə həcmcə böyük olduğuna, şəhərin özünü və bir sıra qəsəbəsini əhatə etdiyi üçün görülən işlərin hesabatını hər ay, şəkillər və videolarla bərabər donora, geniş ictimaiyyətə və mediaya təqdim edilir. QHT sədri fəaliyyətlərin uğurlu alındığını, bu aktual eko-layihəni respublikamızın digər yerlərində də həyata keçirmək planlaşdırıldığını bildirdi.

Daha sonra ictimai müzakirə iştirakşıları layihə çərçivəsində çəkilmiş videolardan istifadə olunmaqla, hazırlanaraq İnternetdə yayımlanan  ekoloji mövzudakı videoçarxa baxdılar.

Xatırladaq ki, reallaşdırılan bu aktual layihə görülən bütün bu işlərin ətrafında, həmçinin, yerli sakinlərin düşüncələri əsasında, bəzi çatışmazlıqların üzə cıxarılması və ictimai-ekoloji hesabatın hazırlanması da nəzərdə tutulur.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım

İctimai Birliyinin Mətbuat Xidməti

 

Elitinfo.az