Mayın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçiriləcək. Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə təşkil olunacaq.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, konsertdən əldə olunacaq gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək.

Biletləri bu linkdən – https://iticket.az/events/concerts/my-azerbaijan-nw onlayn sifariş edə bilərsiniz.