Türkiyədə bir sıra mallar, o cümlədən şəxsi qulluq məhsulları və tibbi avadanlıqlar üzrə əlavə dəyər vergisi (ƏDV) azaldılacaq.

Yerli mətbuatın  məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz yuyucu vasitələr, sabunlar, tualet kağızı, salfetlər və uşaq bezləri kimi malların ƏDV-ni 18%-dən 8%-ə endirmək qərarına gəldik”, – deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti həmçinin bildirib ki, tibbi avadanlıqlara görə ƏDV 18 faizdən 8 faizə endiriləcək. Yaxtaların, qayıqların və kruiz gəmilərinin satışında ƏDV dərəcəsi 1 faizdən 18 faizə qaldırıldı. R.T.Ərdoğan onu da bildirib ki, bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 8 faizə endirilib.