Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzalayıb.

Elitinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən açıqlama verilib.

Xatırladaq ki, Bəyannaməni 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Bəyannamə fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib