Sosial-İqtisadi  və Ekoloji İnkişaf “ İctimai  Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin  maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialın öyrənilməsi və inkişafında ictimai  təşəbbüslərin dəstəklənməsi” adlı layihənin icrasına start verib.

Bu barədə İctimai Birliyin sədri Rahilə Mehdiyeva Eliitinfo.az-a  məlumat verərək bildirib ki, layihə  üç ay müddətində Ağdam, Fizuli və Cəbrayıl (Cocuq Mərcanlıda) rayonlarında həyata keçiriləcək. Qeyd olunub ki, layihənin icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə  mövcud olan iqtisadi potensial imkanların ətraflı təhlili,  təcrübəli ekspertlərin iştirakı ilə cari çətinliklərin üzə çıxarılması, onların həlli yollarının müəyyən edilməsi,davamlı  ictimai təşəbbüsləri də nəzərə alınmaqla müvafiq tövsiyyələrin hazırlanaraq aidiyyatı qurumlara təqdim edilməsi layihənin əsas məqsədlərindən   biri kimi nəzərdə tutulub.