Azərbaycan şirkətləri Türkiyənin İzmir şəhərində keçirilən AGROEXPO – Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisində iştirak edir.

Yerli mətbuat mətbuat xəbər verir ki, fevralın 6-na qədər davam edəcək sərgiyə yerli şirkətlərlə yanaşı, 90 ölkədən 1 050 şirkət qatılıb.

Sərgidə kənd təsərrüfatı texnikaları, dərmanlama maşınları, istixana təsərrüfatı avadanlıqları, suvarma texnologiyaları,, gübrə, toxum və tinglər, ekoloji əkinçilik təcrübəsi nümayiş etdirilir.