Ağsuya mövsümün ilk qarı yağıb. Axşamdan bəri yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində ciddi çətinliklər yaradıb.

Elitinfo.az  xəbər verir ki, 14 kilometrlik Ağsu dolaylarında səhər saat 9 radələrində qarın qalınlığı 5-7 santimetrə çatıb və hazırda qar yağmaqda davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli “Magistral yolların istismarı” MMC-nin 10 nəfərlik işçi qüvvəsi səhər tezdən dolayların xüsusilə sərt, təhlükəli ərazilərində təmizlənmə işləri aparır, hərəkət zolağına maşınla duz səpir. Buna baxmayaraq, dolaylar hərəkət üçün təhlükəli olaraq qalır. Gecə yolların buz bağlayacağı təhlükəsi var. Buna görə də sürücülərə