Düşünrəm ki, azad mətbuatın olması vacibdir. Əgər belə olmasa, cəmiyyəti istiqamətləndirə bilmərik. Biz öz cəmiyyətimizi inkişaf etdirməyə açıq deyiliksə, miqrantlara da xoş münasibət sərgiləyə bilmərik.

Elitİnfo.az-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən üçüncü panel iclasında “Yeni erada sülh, təhlükəsizlik və insan haqları” mövzusunda müzakirələrdə çıxış edən Dünya Bankının keçmiş vitse-prezidenti Mats Karlsson deyib.

O bildirib ki, bütün bu problemlərin qarşısını almağın həll yollarını tapmalıyıq: “Biz zəif və inkişaf etməkdə olan dövlətlərə kömək etməliyik. Ölkələr digər insanlara yardım etmək üçün daxildən sağlam olmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir