“Azəriqaz” İstehsalat Birliyində “TÜV AUSTRIA”nın törəmə şirkəti olan “TÜV Austria Azərbaycan” MMC tərəfindən 3 gün müddətində 5 Beynəlxalq ISO standartları üzrə sertifikatlaşdırma auditinin keçirilməsinə başlanılıb.

İB-dən Elitinfo.az-a bildirilib ki,“Azəriqaz” respublika ərazisində aparılan geniş miqyaslı qazlaşma, mövcud qaz şəbəkələrinin əsaslı təmiri və yenidənqurma işləri ilə yanaşı, beynəlxalq idarəetmə sistemlərinin tətbiqi üzrə də bir sıra işlər həyata keçirir və hazırda da bu işlər davam etdirilir. Görülmüş işlərin nəticəsi olaraq Birlik ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi”, ISO 50001 “Enerji idarə edilməsi sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” və ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartları üzrə sertifikatlara layiq görülüb və bu sistemlərin tətbiqi həyata keçirilib.

Eyni zamanda, cari ildə ISO 45001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” üzrə beynəlxalq standarta keçid edilərək müvafiq sənədləşmə işləri aparılıb və fəaliyyət prosesi zamanı təhlükəsiz əməliyyatların həyata keçirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib.