Avqustun 14-də Pakistanda dövlət müstəqilliyinin 74-cü ildönümü qeyd olunub.

Elitinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bayram münasibətilə paytaxt İslamabad, eləcə də Lahor və digər şəhərlər bayramsayağı bəzədilib. Əsas bayram tədbirləri İslamabadda və Lahorda keçirilib.

Pakistanın dövlət bayrağı İslamabadda Prezident iqamətgahının və parlamentin binasının üzərində qaldırılıb, Dövlət Himni səsləndirilib. Müstəqillik bayramı münasibətilə ölkə rəhbərlərinin çıxışları birbaşa yayımlanıb. Bayram münasibətilə paytaxtda və əyalət mərkəzlərində artilleriyadan yaylım atəşi açılıb. Mərkəzi meydanda parad, bütün gün ərzində müxtəlif mədəni tədbirlər, konsertlər təşkil olunub.

Xatırladaq ki, Pakistanın müstəqilliyi 1947-ci il avqustun 14-də Məhəmməd Əli Cinnah tərəfindən elan edilib.