Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə yeni rəis təyin olunub.

Elitinfo.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polis kapitanı Səttar Məhərrəmzadə Şuşada bölmə rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, S.Məhərrəmzadənin atası Nazim Məhərrəmov 1992-ci ildə Daşaltı əməliyyatında şəhid olub.