Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri kimi səlahiyyət müddəti başa çatan xanım İvana Duarte ilə görüşüb.

Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, EBRD-nin dəstəyi ilə enerji sahəsində həyata keçirilən layihələri qeyd edən İ.Duarte Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edib.

Görüşdə EBRD ilə həm ənənəvi enerji mənbələri, həm də bərpaolunan enerji sahəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə edilib, Azərbaycan-EBRD əlaqələrinin inkişafına töhfələrinə görə İ.Duarteyə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.