Bu gün ən əziz günlərdən biri – Respublika Günüdür.Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.Amma dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki,xalqımız bu günü tam fərqli ovqat və əhvali –ruhiyyə ilə qarşılayır.

Bəli, Vəətən müharibəsindəki böyük Qələbəmiz xalqımızın dövlətçilik səlnaməsinin mühüm səhifələrindən olan Cümhuriyyət Gününü də şərəfləndirdi və 29 il ərzində birinci dəfədir ki,bu tarixi günü Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək qeyd edirik.

Regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olmuşdur.Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır.

ABŞ Prezidentinin təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir.Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir.Ağ Ev Adminstrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. Həmçinin dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur.

Bütün bu təbriklər ,ölkələr arasındakı münasibətlərin inkişafı yeni perespektivlər üçün yol açır.İstər Novruz təbrikində,istərsə də ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanmışdır.

Əldə olunan uğurlar ,artan nüfuz və iqtisadi potensialına görə Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir.Belə ki,Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi ,elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb.O, Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymətləndirib.

Məktubdan aydın olur ki, bundan sonra da xalqımızın rifahı,regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.

Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrikində də ikitərəfli münasibətlrdə fəal inkişaf dinamikası hiss olunur.”Bir kəmər,bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməkdə davam etməsi xüsusi olaraq vurğulanır.

Beləliklə,dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ və Çin Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər. Bu səpkidə dünyanın hər yerindən məktublar gəlməkdə davam edir.Bu isə Azərbaycanın artan nüfuzunun təcəssümüdür.

Bu təbriklərə bir Azərbaycan vətəndaşı kimi mən də qoşularaq deyirəm: Qələbə ətirli bayramın mübarək,Azərbaycan ! Qoy Üçrəngli Bayrağın düşmənə göz dağı verərək, işğaldan azad edilmiş torpaqlarda enməmək şərtilə daim dalğalansın!

Çingiz Dadaşov

“Demokratik İnkişafın Təşviqi “

İctimai Birliyinin sədri,

Nəsimi rayon sakini